Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, "KamAZ markalı yük maşını hərəkətdə olarkən taxta ilə dolu yük yeri aşıb.

Nəticədə prospektdə "20 Yanvar metro stansiyası istiqamətində əsas yol bağlanıb. Hazırda yolun təmizlənməsi üçün Dövlət Yol Polisi və "Azəravtoyol ASC-nin əməkdaşları tərəfindən tədbirlər görülür.

Prospektin əsas yolunda hərəkət dayandırılıb.