Bakı şəhəri, Nizami rayonunda yanğın qeydə alınıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.