Tərtər rayon Prokurorluğu və Polis Şöbəsi rayonun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalması barədə birgə məlumat yayıb.
Unikal.org apa-ya istinadən xəbərinə görə, məlumatda bildirilib ki, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.