Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 18 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yaxınlıqda olan qarajlar və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.