Dünən səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş ağır qəzada vəfat edən 76 yaşlı Elman Əliyevin elm adamı olduğu üzə çıxıb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Aşıq Molla Cümə küçəsində "Hyundai" markalı, 10 LA 357 dövlət nömrə nişanlı avtomobilin "Toyota" markalı 90 XD 220 nömrəli maşına çırpılması nəticəsində vəfat edən E.Əliyev texnika elmləri namizədi, dosent olub. O, "Hyundai" markalı avtomobili ilə səhər saatlarında işə gedirmiş.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.