Ağdamda Əfətli kənd icra nümayəndəliyinə mərmi düşüb.
Unikal.org "Report"a istinadən xəbəbr verir ki, Ermənistan ordusu yaşayış mənətəqələrimizi ağır atıcı silahlardan və uzaq atan toplardan atəşə tutması nəticəsində Ağdam rayon kənd icra nümayəndəliyinə qrad mərmisi düşüb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Əfətli kənd icra nümayəndəliyinin inzibatı binasına mərmi düşüb: "Partlayış nəticəsində xəsarət alan olmayıb, binaya xeyli ziyan dəyib".