Bakıda yaşayış binasında yanğın baş verib. 

Unikal.org FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.