Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədin kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilib.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu səbəbdən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə xilasedicilərə müraciət daxil olub.

Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.