Tərtər rayonunun cəbhə xəttində yerləşən Qaradağlı, Qapanlı, Düyərli kəndlərində olub, düşmənin artilleriya zərbələri nəticəsində törədilmiş dağıntıları fotoobyektivin yaddaşına köçürüblər.
Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu fotolarda erməni təxribatının izləri, dinc sakinlərin birbaşa hədəfə alındığı açıq-aydın görünür.
Xatırladaq ki, son günlər ermənilərin son günlər Tərtər rayonunu top atəşinə tutması nəticəsində 160 evə ziyan dəyib. Zədələnən evlərin bir çoxu yararsız hala düşüb. Bu gün Həsənqaya kəndində mərmi partlayışı Kəlbəcər rayonundan olan məcburi köçkün 16 yaşlı Tünarə Həsənlinin həyatına son qoyub.