Füzuli rayonu, Əmirzeydli kəndində vətəndaşa məxsus "MERCEDES markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı beton sədlərə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Unikal.org-un FHN-nin saytına istinadən xəbər verir ki, nəticədə, avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.