Bakıda intihara cəhd hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, Mirzəbala Əhmədzadə küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədəki mənzillərdən birində yaşayan 1980-ci il təvəllüdlü İsmayılov Nicat Aslan oğlu özünə bir neçə bıçaq xəsarəti yetirərək intihar etmək istəyib. Onun nə üçün intihara cəhd göstərdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.