Bakıda daha bir sərnişin avtobusu sürücüsü özbaşınlaığı kamerya düşüb.

Unikal.org xəbər verir ki, öz zolağıyla gedə bilməyən avtobus sürücüsünün görüntüləri avtosfer.az-ın kamerasına düşüb. Yolda hər istiqamətə bir zolaq olmasına baxmayaraq avtobus sürücüsü öz zolağıyla getmək əvəzinə, əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobillərə həm təhlükə yaradıb, həm də tıxac.

Bu tip sürücülər elə bilirlər ki, əgər yolda əks istiqaməti ayıran düz xətt yoxdursa, istədikləri vaxt əks istiqamətə çıxa bilərlər. Amma bu, qətiyyən belə deyil.