Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 1-ci mərtəbədən 16-cı mərtəbəyə qədər olan 300 p.m elektrik naqili yanıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib və 4 nəfər binadan təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.