Sumqayıtda sexdə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, şəhərdə ümumi sahəsi 120 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 40 m2 sahədə və içərisində təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülb.