Xəbər verdiyimiz kimi, ötən gün Xızı rayonunda "Toyota Prado" markalı, 10 CP 969 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb. Avtomobildə olan 1984-cü il təvəllüdlü Süleyman Mənsimov dünyasın dəyişib, digər sərnişinlər Zəhra Muxtarova və avtomobilin sahibi Vüsal Məmmədov xəstəxanaya yerləşdirilib. Mətbuatda yaralanan Zəhranın bəzi fotoları yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a fotosu yayılan "Zəhra Muxtarovanın bacısı Aygün Həsənova  münasibət bildirib. 

O diqqətə çatdırıb ki, bacısının fotoları yayımlanan xəbərlərlə heç bir əlaqəsi yoxdur: 

"Mənim bacım dünən gündüz 11:00 radələrində 07 markalı avtomobil ilə Bakıya gələrkən Sumqayıt yolunda qəzaya düşüb. Nəticədə bacım yüngül xəsarət alsa da, bu gün onun şəkillərinin yayımlanması ailəmizə ciddi zərbə olub. Xızıdakı qəza ilə bağlı yayılan informasiyanın şəkildəki xanımla, yəni bacımla heç bir əlaqəsi yoxdur. Bu nə biabırçılıqdı? Bu bacıma və ailəmizə qarşı təxribatdır. Mənim bacımın adı Aytən Həsənovadır. Hazırda onun yayılan fotolardan xəbəri yoxdur, bilsə özünü öldürəcək. Xahiş edirəm? fotolar yayılan saytlarda yığışdırılsın.