Lənkəranda 9 yaşlı oğlanı ilan sancıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Zövlə kəndində qeydə alınıb.

Kənd sakini 2008-ci il təvəllüdlü Roman Elşad oğlu Sadıqov həyətdə oynayarkən onu ilan sancıb. Dərhal yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hazırda azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.