"Azərbayan bütün rayon və şəhərlərdən olan vətəndaşlarımızla birlikdə Şuşalılarda cəbhədə döyüşür".
Bunu unikal.org-a Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib. Cənab Səfərov 4 gündə cəbhədə baş verən hadisələri belə qiymətləndirib: "Azərbaycan ordusu erməniyə öz yerini ciddi şəkildə göstərdi. Sevinirəm ki, hərbiçilərimizin sayəsində cəbəhədə ən strateji yerlərimiz yenidən özümüzə qaytardıq. Təssüflər olsun ki, Azərbaycanın igid oğulları göstərdiyi şücaət nəticəsində şəhid oldular. Bu isə məni və ailəmi çox kədərləndirir". 
İB sədri sədri ermənilərə müraciət edib: "Ağlınız varsa indidən torpaqlarımızı tərk edin. Qısa zaman kəsiyində Azərbaycan öz sərhədin bərpa edəcək. Qaçın gedin, biz gəlirik. Ermənilər anlamalıdırlar ki, mövcud mövqe ilə onlar Dağlıq Qarabağda çox yaşaya bilməyəcəklər. Dağlıq Qarabağın erməni icması Azərbaycanın onlar üçün yaratdığı imkandan istifadə edərək təklif olunan statusdan yararlanmalıdırlar. Ermənilər sülh danışıqlarına ciddi qiymət verməli və bunu qısa zamanda dəyərləndirməlidirlər", - o, əlavə edib.
İcma rəhbəri hesab edir ki, azərbaycanlıların və ermənilərin əvvəllərdə olduğu kimi, sülh şəraitində yaşamasına mane olan məqamları erməni ictimaiyyəti bilir və bunu aradan qaldırmalıdırlar: "Biz xalqın və gənclərin gələcəyini, millətinin firavan yaşayışını düşünən bütün erməni ziyalıları ilə və sadə insanlarla hər zaman oturub danışıqlar aparmağa hazırıq və bunu istəyirik. Azərbaycan bayrağının altından keçərək, onu, ərazi bütövlüyünü tanıyaraq bizimlə bir ölkədə yaşamağa hazır olan ermənilərə səslənərək demək istəyirik ki, terrorçu Sarkisyan hökumətinə inanmasınlar".