İmişlidə 31 yaşlı sürücü qəzada ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Aranlı kəndində qeydə alınıb.

İmişli rayonunun Aranlı kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Məzahir Səhliyalı oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.