Xətai rayonu, Gəncə prospektində uzun illərdən bəri qorunub saxlanan ağaclar məhv edilir.

Məsələ ilə bağlı ərazidə yaşayan sakinlər Unikal.org-a müraciət edərək ərazinin hasarlandığını və çoxlu sayda ağacların kəsilərək məhv edildiyini bildiriblər.

Sakinlərin sözlərinə görə, ərazidə tikinti işləri aparılacaq: "Bu ərazini hasarlayanda elə bildik park salınacaq, sevindik. Sonradan gördük ki, sağlam ağacları kəsərək daşıyırlar. məlum oldu ki, burada tikinti işləri aparılacaq. Bu yaşıllıq zolağı uzun illərdir qorunub saxlanır. Bu yaşıllığı məhv edənlər və ona şərait yaradan rayon rəhbərliyi ölkə başçısının göstəriş və tapşırıqlarına niyə məhəl qoymur?

Şikayətçilər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyatı orqanlara şikayət ünvanlayıblar: "Xahiş edirik, bunu ictimailəşdirin, lazımı qurumlar görsünlər. Bəlkə müdaxil edib, qalan ağaclarn kəsilməsinin qarşısını alarlar. Biz də öz növbəmizdə yuxarı instansiyalara şikayət etmişik.