Masallı-Boradigah yolunun Masallının Bədəlan kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, Lənkəran sakininin idarə etdiyi qum-çınqılla dolu yük maşını aşıb. Sürücü xəsarət almasa da, maşına ciddi ziyan dəyib. Nəqliyyat vasitəsini yoldan götürmək üçün əraziyə iki qaldırıcı kran cəlb olunub.
 
İlkin məlumata görə, hadisəyə yük maşınının qarşısına azyaşlı uşağın çıxması və sürücünün idarəetməni itirməsi səbəb olub.