Bu gün Avropanın basketbol üzrə ən nüfuzlu klub turniri olan Avropa liqasının final görüşü keçiriləcək. 

Unikal.org bildirir ki, İstanbulun "Fənərbağça" klubu tarixində ilk dəfə çempion olmaq üçün bu titulu dəfələrlə qazanmış Yunanıstan çempionu "Olimpiakos"la qarşılaşacaq. Görüş İstanbulda keçiriləcək.

Qeyd edək ki, dördlər finalında Türkiyə təmsilçisi İspaniya birincisi olmuş "Real Madrid"i məğlub edərək finala yüksəlib. "Olimpiakos" isə keçən il finalda "Fənərbağça"nı yenərək qızıl medal qazanmış Moskva "ÇSKA"sını yolundan kənarlaşdıraraq həlledici görüşə vəsiqə qazanıb. Oyunöncəsi İstanbulda geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Qeyd edək ki, Türkiyənin "Anadolu Efes" və "Fənərbağça" klubları Avropa Liqasının finalında indiyədək 3 dəfə məğlub olublar. Bugünkü oyunun nəticəsi böyük maraqla gözlənilir.