Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol turniri davam edir.

Unikal.org bildirir ki, Azərbaycanın kişi basketbolçulardan ibarət millisi yarımfinalda Türkiyə yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız finala vəsiqə qazanıb - 19:14.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.