Türkiyə, Azərbaycan və İranın Xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif İranın Ramsar şəhərində bir araya gəliblər.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, görüşdən sonra nazirlər birgə bəyannamə qəbul ediblər.

Bəyannamədə qeyd edilir ki, üç ölkənin xalqları arasında mövcud dərin tarixi, dini tərəfdaşlığın və birgə imkanların yaradılması istiqamətində razılıq ələd edilib.
 
Üç ölkə arasında əməkdaşlığın artırılması üçün yeni addımların atılması yönündə qərar verilib və regionda sülh, sabitlik, etibarlılığın təmin edilməsində həmfikir olunduğu vurğulanıb.
 
Azərbaycan-Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll edilməsinin əhəmiyyəti qeyd edilib.

Terrorizmə qarşı mübarizədə əməkdaşlığın əhəmiyyətinin vurğulandığı bəyannamədə etnik və irqi ayrı-seçkilik pislənilib.
 
Tərəflər arasında növbəti görüşün Azərbaycanda keçirilməsi qərara alınıb.