Bu gün IV İslam Həmrəyliyi Oyunlarında Olimpiya Oyunlarının üçqat medalçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadnik qızıl medal qazanıb.

Unikal.org-un məlumatına görə, 48 kiloqram çəki dərəcəsində yarışan M. Stadnik finalda türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıblar.

Mariya Stadnik ilk görüşdə əlcəzairli rəqibi Keira Çairma Yahyaoi üzərində vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. Həlledici görüşdə E.Demirhana da qalib gələn M.Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.