Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.

Unikal.org-un məlumatına görə, budəfəki qazancımız komanda idman növündə olub.

Qadınlardan ibarət basketbol yığmamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Basketbolçularımız finalda Mali yığmasından üstün olublar - 13:7.

Qeyd edək ki, kişilərdən ibarət basketbol millimiz də finalda mübarizə aparacaq.