"Barselonanın yeni baş məşqçisi açıqlanıb.

Unikal.org-un  İspaniya mətbuatına istinadən məlumatına görə, katalonlar mövsümün sonunda komanda ilə yollarını ayıracaq Luis Enrikenin yerinə Ernesto Valverdeni gətirəcək.

Yerli mətbuat onunla klub arasında bütün detalların razılaşdırıldığını, 2 illik müqavilənin imzalandığını yazıb. Rəsmi təqdimt isə mayın 29-da olacaq.

Qeyd edək ki, 2014-cü ildən "Barselonaya rəhbərlik edən Enrike üçün bu mövsümün sonuncu olacağı ilin əvvəlindən bildirilmişdi.