"Allahın izni ilə biz həmişə bir yerdə olacağıq. 

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, bu fikirlər "Qarabağın sabiq futbolçusu Reynaldonun sevgilisi Milena Tassiaya məxsusdu.

O, futbolçu ilə münasibətlərinin nə qədər güclü olduğunu açıqlayıb. Milena sosial şəbəkələrdən birindəki paylaşmasında Reynaldo ilə yaşadığı məhəbbətin əbədi olacağını qabardıb: "Sizin nə etməyinizdən asılı olmayaraq, bizim sevgimizi heç kim və heç nə ayıra bilməz. Bu məhəbbət hər şeyə qalib gəlir. Sənsiz necə yaşayacağımı belə bilmirəm. Səni sevirəm. Allah bizi qorusun, qısqanclardan və bədxah insanlardan.

Qeyd edək ki, Reynaldo hazırda Türkiyənin "Adanaspor klubunda çıxış edir.