Tərtərdə gedən döyüşlərdə şəhid olan Novruzov Ravil Elman oğlu müğənni Nadir Qafarzadənin dayısı nəvəsi imiş.
Unikal.org xəbər verir ki, bu barədə oxu.az-a ifaçının özü məlumat verib.
O, dayısı nəvəsinin ölümünə inana bilmədiyini vurğulayıb:
"Şəhidlərimizin ölümünə çox pis oldum. Neçə-neçə ailələr gözü yaşlı qaldı. Gözlərimin önündə böyüyən dayım nəvəsi də şəhid oldu. Çox pis oldum. Buna inana bilmirəm. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. İnanıram ki, onların qanı yerdə qalmayacaq.
Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm. Övladları şəhid olan hər bir ailəyə başsağlığı verirəm. Vətənin başı sağ olsun".