Xalq artisti İlhamə Quliyevin oğlu Orxan Nadirovun vəkili məhkəməyə müraciət edib.
Unikal.org bildirir ki, bu haqda modern.az saytına onun hüquqlarını müdafiə edən Habil Vəliyev məlumat verib.
O, qeyd edib ki, hələlik məhkəmənin vaxtı bəlli deyil:
"İlhamə Qulieyanın yeganə varisi Orxan Nadirovdur. Orxanın vərəsəlik hüququnun bərpa olunması, miras və s. məsələlərin hüquq müstəvisində həll olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmişik".
Qeyd edək ki, bu il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.
İ.Quliyevanın vəkili Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artisinin Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun "İnfiniti" və "Limuzin" markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.