İstanbulun Pendik bölgəsində fahişələrə qarşı keçirilən əməliyyatda saxlanılan iki qadın polis bölməsi qarşısında dayanan polis maşınından qaçırılıb.

Unikal.org "Haberlerə istinadən xəbər verir ki, polis özbək əsilli qadınları qaçıran şəxslərin arxalarınca atəş açıb. Avtomobildəki 2 nəfər yaralanıb, biri xəstəxanada həyatını itirib.

Qadınlar öncə polis bölməsinə, daha sonra tibbi yoxlanışdan keçmək üçün xəstəxanaya aparılıb.