Fransanın Marsel şəhərində baş verən yanğın nəticəsində 3 erməni ölüb, biri isə yaralanıb.

Unikal.org  azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.

Balayanın verdiyi məlumata görə, yanğın nəticəsində Koçaryan ailəsinin 3 üzvü həlak olub, biri isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, yanğın yaşayış binasında baş verib. Hadisə zamanı Arsen Koçaryan adlı erməni sakin qonşusuna kömək etmək üçün evi tərk edib. Bu zaman onun həyat yoldaşı, iki yaşlı uşağı və Samanta Koçaryan yanaraq ölüb. Arsen Koçaryan isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.