Londonun "Old Week" teatrı partlayış təhlükəsi səbəbindən təxliyyə edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, tamaşaçıların sözlərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları tamaşa zamanı səhnəyə çıxıblar və binada təhlükəli əşyanın ola biləcəyini xəbər veriblər.

Polisdən bildirilib ki, telefonla aldıqları məlumatdan sonra təxliyyə barədə qərar qəbul ediblər. Hazırda asayiş keşiçiləri teatr binasına baxış keçirir.