ABŞ-ın beynəlxalq taksi xidməti göstərən "Uber şirkətinin baş direktoru Trevis Kalanikin anası Kaliforniya ştatında qayığın qəzaya uğraması nəticəsində ölüb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, faciə ötən gün axşam Payn Flet Leyk su anbarında baş verib. Göyərtəsində 71 yaşlı Bonni Qorovits Kalanikin və 78 yaşlı Donald Edvard Kalanikin olduğu qayıq qayaya çırpılaraq batmağa başlayıb. Qəza nəticəsində Kalanikin anası ölüb, atasının ağır vəziyyətdə olduğu bildirilir.

"Uber şirkəti Kalanik və Qrett Kemp tərəfindən 2009-cu ildə yaradılıb. Şirkətin mənzil qərargahı San Fransisko şəhərində yerləşir.