Filippində İŞİD terror qruplaşmasını dəstəkləyən qruplaşmaların üzvləri 19 dinc sakini öldürüblər.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, cəmi ölənlərin sayı 85 nəfərə çatıb.

"Ölənlər dinc sakinlərdi. Biz onların cəsədlərini axtarış-xilasetmə əməliyyatları zamanı aşkar etdik", - hərbçilərin nümayəndəsi deyib. O, əlavə edib ki, dinc sakinlərin həlak olmasının təfərrüatlarının araşdırılmasına hələ başlanılmayıb.