Azərbaycanda impotentsiya həyacanı
Azərbaycanda impotentsiya həyacanı

Bunun qarşısını almaq artıq mümkünsüzləşir

Son 20 il ərzində bir sıra ciddi problemlər daha geniş şəkildə Azərbaycanda inkişaf etməkdədir və çox təssüflər ki, bunlar heç də yaxşı göstəricilər deyil. Məsələn, son 20 il ərzində Azərbaycanda intihar halları kifayət qədər yayılıb və ötən yazılarda bunun ciddi psixoloji səbəblərini izahladıq. Bununla yanaşı,zorakılıq hallarıda kifayət qədər artıb. Deyilə bilinər ki, zorakılıq, cinayət törətmə bunlar hər zaman olub. Amma adi statistik rəqəmlərə fikir versək aydın olar ki, bu cinayətlər daha qəddarcasına həyata keçirilir və bu cinayətlərin əslində, kökündə heç də əsas verici səbəblər yoxdur.

Burdan isə çıxan nəticə budur ki, ümumilikdə cəmiyyətdə bir aqressiya var və bu aqressiya daha da inkişaf etməkdədir. Bütün bunlar isə təkrar edirik cəmiyyətdə bir psixoloji pozuntunun hökm sürməsi ilə bağlıdır. Artıq ekspertlər də etiraf edir ki, son yüz ildə cəmiyyət hələ bu qədər psixoloji sarsıntıya məruz qalmamışdı. Bunun başlıca səbəblərindən biri sosial problemlərdisə,digər daha ciddi səbəblərdə var. Bunlar nələrdir?
1. Həddindən artıq çox informasiya qəbul etmə
2. Qloballaşmanın ağırlığını qəbul edə bilməmə
3. Süni komplekslərin yaranması
4. Ərtaf mühitlə barışa bilməmə
Bir sosializm qurluşundan,başqa bir kapitalizm qurluşuna keçid etməyimiz. Bu səbəblər sözsüz ki, insan psixikasına bir başa təsir edir və nəticə göz qabağındadır. Bu gün cəmiyyəti narahat edə biləcək başqa bir məsələ isə impotentsiyanın və sonsuzluğun geniş yayılmasıdır. Öncəliklə qeyd edək ki, hazırda dünyanın 25-30 faizi sonsuzluqdan əziyyət çəkir, tərəflərdən biri valideyn olmaqdan məhrumdur.
Azərbaycana gəlincə, genetik və ginekoloqlar deyiblər ki, əvvəlki illərdə sonsuzluq qadınlar arasında geniş yayılmışdısa, hazırda bu, kişilərdə daha çox müşahidə edilir, yəni indi kişi sonsuzluğu artıb. Məlumatlara görə, hazırda dünyada sonsuz kişilərin sayı çoxdur.
Tibb ekspertləri sonsuzluğun yaranmasını müxtəlif amillərlə bağlayır. Onlar deyirlər ki, sonsuzluğa səbəb, əsasən hazırda geniş yayılmış infeksiyalardır. Həkimlər bu infeksiyaların əsasən cinsi yolla yayıldığını qeyd etməklə yanaşı, bunu digər tərəfdən də süni mayalanma, ekoloji cəhətdən təmiz olmayan qida məhsullarından istifadə və s. ilə bağlayır.
Ekspertlərin sözlərinə görə, sonsuzluq nəslin davamının olmaması, sağlam gələcəyin təhlükə qarşısında qalması və s. deməkdir. Sonsuzluğun geniş vüsət almasının səbəbini həm də uşaqlara süni qidaların verilməsilə bağlayırlar. Əvvəllər Azərbaycanda sonsuzluq çox nadir hadisə idi. İndi isə bu ən çox yayılmış xəstəlik hesab edilir. Bunun müxtəlif səbəbləri var. Son illər dünyaya gələn uşaqlara ana südü əvəzinə süni qidalar verilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqlara süni qidalar verildikdən sonra dünyada sonsuzluq və impotensiya 4 dəfə artıb. Bu da səbəbsiz deyil. Son illər qız və oğlanlarımızda cürbəcür bakteriyalar əmələ gəlib. Sərhədlər açıldı, əcnəbilər, xüsusən də zəncilər ölkəmizə gəldi, onlar da özlərilə müxtəlif infeksion xəstəliklər gətirdilər. Bu da ən çox uşaqlığa, yumurtalığa təsir edir, qadın və kişilərdə sonsuzluq yaradır. Yeni doğulan uşaqların ana südü ilə bəslənməsi çox vacibdir. Uşaqlara süni qidalar verilməli deyil, çünki bu qidalanma gələcəkdə onların valideyn olmasına mane ola bilər. Bu böyük təhlükədir. Azərbaycanda infeksion xəstəliklər artıb. Əvvəllər uşağı ana südü ilə bəsləyərdilər, uşaq iki, bəzən isə iki yaş yarımına qədər ana südü əmərdi. İnsanın yetişməsi üçün lazım olan bütün maddələr ilkin ana südünün tərkibində var. Amma indi həkimlərin çoxu anada mikrob olduğu üçün uşağa ana südü verilməsinə icazə vermir. Başqa bir tərəfdən, elə analar var ki, onun südü olmur. Bu da ananın psixoloji durumunun yaxşı olmaması ilə bağlıdır. Elə adamlar var ki, arvadına "mən oğlan istəyirdim, sən niyə qız doğdun" deyir. Bu da qadına pis təsir edir, onun südü kəsilir".
Bununla yanaşı bildirilir ki, cütlüklərin tibb baxımdan öncədən hazırlıqlar görməmələri, elementar yoxlamalardan keçməmələri də sonsuzluğu artırır. Həmçinin sonsuzluğun yaranmasına ciddi təsir edən səbəblərdən biri də normal mühitdə yaşaya bilməməkdi. Məsələn, götürək qaçqınlıq problemini. 1 milyona yaxın insan məcburiyyət qarşısında qalıb öz yurdunu tərk ediblər. Təxminən 3 milyona yaxın vətəndaşımız Azərbaycanı tərk edib Rusiyada və digər ölkələrdə yaşayıb-işləyir. Təbii, bunlar da reproduktiv nəsilartırma yaşına uyğun olan adamlardır. Onların başqa ölkələrdəki fəaliyyəti faktura altında deyil. Onlar cinsi yolla yayılan infeksiyaları daşıya bilər və s. Yəni bu cür hallar həddindən artıq çoxdur. Müşahidələrimiz göstərir ki, sonsuzluğu yaradan səbəblərdən biri də cinsi yolla keçən infeksiyalardır. Bu ciddi problem yaradır, xəstəliyin müalicəsini uzadır, hətta bəzən sonsuzluğa gətirib çıxarır. Digər tərəfdən, sonsuzluq anadangəlmə də olur. Hesab edilir ki, insanların toxumunda problem yaranmasına gətirib çıxaran amillərdən biri də qidalanmadır. Təəssüf ki, hazırda Azərbaycan əhalisinin istifadə etdiyi qida məhsullarının əksəriyyəti aşağı keyfiyyət parametrlərilə xarakterizə edilir. Bu da ekoloji problemlərlə, ölkəyə gətirilən qidanın keyfiyyətinin zəif olması ilə bağlıdır. Bütün bunlar spermatikogenezə təsir edir. Xeyli şəxsdə bunu müşahidə etmək olar. Ona görə də kişi sonsuzluğu həddindən artıq çoxdur. Çünki onlarda spermaların əmələ gəlməsi baş vermir".
İndi isə gəlin bilavasitə impotentlik məsələsinə toxunaq. İmpotentliyin səbəbləri psixoloji, fiziki və qocalma olaraq 3 yerə ayrılır.
İmpotentliyin təqribən 90% yaranma səbəbi kimi psixoloji vəziyyət götürülür.
Psixoloji səbəb dedikdə cinsi əlaqə zamanı həddən artıq həyəcanlanma, qorxma, depressiya, tərəf müqabilinin passiv olması, əsəbilik, tərəf müqabilini razı sala bilməmə qorxusu, cinsi əlaqədə olduğun məkanın mənfi təsiri və.s kimi səbəblər nəzərdə tutulur. Fiziki səbəblərə aşağıda göstərilənlər
- Sərxoşluq
- Narkotik maddədən istifadə etmək,
- Bəzi sinir sistemi xəstəlikləri,
- Şəkər xəstəliyi
- Orqanik pozğunluqlar
- Harmonal pozğunluqlar
- Qan xəstəlikləri
- Damar xəstəlikləri
- Metabolik xəstəliklər kimi problemlər aid edilir.
Amma ekspertlər bildirir ki, hazırda yaranan psixoloji problemlər daha ciddidir. Yəni həyəcanlanma, qorxma, depressiya, tərəf müqabilinin passiv olması, əsəbilik, tərəf müqabilini razı sala bilməmə qorxusu, cinsi əlaqədə olduğun məkanın mənfi təsiri və.s kimi səbəblər əslində keçici səbəblərdir. Amma keçiciliyi bəlkədə mümkünsüz olan psixoloji səbəblərdə artıq yaranıb və bunun əsas detallarına baxaq. Aparılan müşahidələr göstərir ki, Azərbaycan kişisi hər zaman daha aktiv qəbul olunub və bunun başlıca səbəbi ətraf mühitlə ünsiyyətdə normal münasibət qura bilmələridir. Bu gün isə artıq bu mühit pozulub və istər isətməz bu insanın psixikasına da təsir edir. Bu gün toplumun 70 faizdən çoxunda şizofrenik problemlər mövcuddursa deməli bu impotentsiyanında yaranmasına təsir edəcək. başqa bir məqam isə daha çox informasiya əldə etməklə bağlıdır. Bu gün istənilən şəxs, hətta yetkinlik yaşında olan şəxs rahatlıqla internetdən yaş həddinə uyğun olmayan filmlərə baxa bilir və bu insanlarda seksual pozuntu artıq yeniyetmə yaşda başlayır. Seksual pozuntu isə sonda mütləq və mütləq impotentsiya ilə sona çatacaq. Başqa ciddi səbəb, bu gün Avropada,ABŞ-da sonsuzluq , impotentsiya ən yüksək həddə çatıb və hazırda bu ölkələr sadəcə olaraq miqrantların hesabına əhali problemini həll edə bilir. Bunun da ən əsas səbəbi qloballaşmanın düzgün aparılmaması, nəticədə qloballaşmanın insan psixikasına və səhətinə təsir etməsidir. Bu qloballaşma bir tərəfdən mədəniyyətlərin qovuşması, yeni mədəniyyətləri həzm etməklə bağlıdırsa, digər tərəfi əxlaq və yaşam normalarının pozulması, qeyri-ənənəvi vərdişlərin ortaya çıxmasıdır. Bu gün avropa məhz qloballaşmanın təsiri ilə sözün həqiqi mənasında bir seksual azlıq ordusunun yaranmasının şahidinə çevrilib. Nəticə də dəyərlər itir və bu dəyərlərlə paralel olaraq insan psixikasıda deformasiyaya məruz qalır. Nəticə isə göz qabağındadır. Təssüflər ki, hazırda Azərbaycan cəmiyyəti də bu problemləri yaşamağa başlayıb. Bu gün Avropa qloballaşması Azərbaycan gəncliyini demək olar ki, tam təsir altına salıb və bu gün yeniyetmə, gənclik dəyərlərlə valideyin tərəfindən yox, aldığı kənar informasiyalarla böyüyür. Bu informasiyalar isə sözsüz ki, genetik dəyişiklik son nəticədə toplumun tam iflasa məruz qalması deməkdir. Bunun qarşısını almaq üçün nələr etməli? İlk növbədə kənar mədəniyyətlərdən və vərdişlərdən qorunmalı. Bunun üçün isə zorakı mübarizələrlə məşğul olmaq əvəzinə sadəcə öz mədəniyyətini və vərdişlərini inkişaf etdirməli. Qloballaşmanın irtica formasında cəmiyyətə gətirilməsini durdurmaq çox vacibdir. Bunun üçün isə sözsüz ki, ən azından dövlət səviyyəsində xüsusi proqramlar həyata keçirilməli və yetkinlik yaşına çatmamış şəxslərin qorunması sistemli şəkildə həyata keçirilməlidir. Gəlin, adi misala baxaq. Bir il öncə beynəlxalq təşkilatlardan biri Gədəbəyin ən ucqar kəndlərində yeniyetmələri "marifləndirmə" layihəsi həyata keçirirdi. Layihənin mahiyyəti təhlükəsiz sekslə necə məşğul olmaq idi. Yəqin ki, bundan sonra əlavə şərhə ehtiyac qalmadı.

Mehdi Əli