Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunları davam edir.

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, ardıcıl 3 oyunda "quru hesabla qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan IV turda İsrail yığması ilə üz-üzə gəlib.

Voleybolçularımız bu dəfə də uğurlu seriyanı davam etdiriblər. Ardıcıl 4-cü matçda 4-cü 3 xallıq qələbə komandamızı növbəti mərhələyə daşıyıb. Yığmamız sabah baş tutacaq Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda qalmayacaq. "Narıncılar"a qalib gələcəyimiz halda birbaşa final mərhələsinə, uduzacağımız halda isə pley-offa yüksələcəyik.

Günün ilk matçında Danimarka Norveçlə qarşılaşıb. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. Bu, Norveçin Bakıda ilk qalibiyyəti olub.

Turun mərkəzi matçında isə Hollandiya Ukraynanı sınağa çəkəcək.