Bakıda dönərçi ağr bıçaq xəsarətləri alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Üçüncü mikrorayon dairəsi" kimi tanınan ərazidə 3 naməlum şəxslə dönərçi, 1967-ci il təvəllüdlü Ağayev Oqtay Qurbanəli oğlu arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər O.Ağayevə kürək nahiyəsindən 4 bıçaq xəsarəti yetirərək aradan çıxıblar.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əraziyə cəlb edilib. Fakt araşdırılır.