Bakıda 86 yaşlı kişi döyülərək qətlə yetirilib.
Unikal.org report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Əbdürrəhimbəy Haqverdiyev küçəsində 1931-ci il təvəllüdlü Qabulxayev Nikolay naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin səyinə baxmayaraq, N. Qabulxayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verdiyi əraziyə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib.