Qəbələdə inək oğruları tutulub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 24-də Zarağan kəndinin otlaq sahəsindən Azad Hacıyevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən Kürd kənd sakinləri Məhəmməd Məmmədxanov və Anar Aslanov tutulublar.