Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qalibi bəlli olacaq.

Unikal.org-un apasport.az-a məlum istinadən məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, "Millennium stadionunda baş tutacaq.

Çempionluq uğrunda İtaliyanın "Yuventus klubu ilə turnirin son qalibi Madrid "Realı üz-üzə gələcək. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm "qoca sinyora, həm də "qalaktikos daxili çempionatı birinci pillədə başa vurub.

Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda "Yuventus (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.

"Real və "Yuventus 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də "Yuventus, 2-də "Real qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb.

"Realın heyətində Qaret Beyl və Daniel Karvahalın sıraya dönməsi məşqçilər korpusunu sevindirib. Beyl öz ölkəsində keçiriləcək final görüşündə meydana çıxmağı çox istəyir. Lakin baş məşqçi Zinəddin Zidanın ona ilk "11-likdə yer verib-verməyəcəyi bəlli deyil. İstənilən halda, fransalı çalışdırıcının Beylin xidmətindən yararlanacağı gözlənilir.

"Yuventusda isə Stefano Sturaro dünənki məşqdə zədələnib. Yarımmüdafiəçinin "Reala qarşı oynamaq ehtimalı az dəyərləndirilir.