Sumqayıt şəhərində oğurluq edən şəxs həbs olunub.

Unikal.org teleqraf.com-a istinadən bildirir ki,Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxs Sumqayıt şəhər sakini Hicran Əliyevdir.

O, mayın 13-dən 24-dək olan müddətdə şəhər ərazisindəki 5 həyətyanı sahədən 19 ev quşu, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinir.

Onun əvvəllər məhkum olunduğu da üzə çıxıb.