Bakının Sabunçu rayonunda döyülmə hadisəsi qeydə alınıb.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, insident paytaxtın 86 saylı uşaq bağçasının həyətində baş verib.
1979-cu il təvəllüdlü Səfərov Vüqar Yusif oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Həmin şəxslər, həmçinin onun baş və bədən nahiyələrinə balta ilə xəsarət yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.