Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Əliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakıda vəkillik fəaliyyəti ilə məşğul olub. O, zərərçəkmiş İlham Kərimovun oğlu, qətldə təqsirləndirilən Tural Kərimovun cəzasını kassasiya instansiyasında yüngülləşdirəcəyi adı ilə ondan 40 min manat məbləğində pul alıb, lakin vədinə əməl etməyib. A. Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.