Gədəbəydə Şəmkir sakinini bıçaqlayan şəxs saxlanılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Şəmkir sakini, 1966-cı il təvəllüdlü Sahib Dəmir oğlu Əliyevi bıçaqlayan şəxs onun qudası, Gədəbəy rayon sakini Samir Ayaz oğlu Kazımov olub.

Əldə olunan məlumata görə, S.Əliyevin oğlu bir müddət əvvəl evlənmək məqsədilə S.Kazımovun qızını qaçırıb. Uzun müddətdir Rusiyada işləyən S.Kazımov isə bir-iki gün əvvəl yaşadığı Arıxdam kəndinə qayıdıb. O, evlərində qonaq etdiyi qudası S.Əliyev ilə mübahisə edib və bıçaqla qohumuna ağır xəsarət yetirib. S.Kazımov hadisə yerindən qaçıb. O, Rusiya Federasiyasına getmək istəyən zaman Qazax rayon "Sınıq Körpü" gömrük keçid məntəqəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

S.Kazımov barəsində Gədəbəy rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

19:31

Gədəbəy rayonunda Şəmkir rayon sakini bıçaqlanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Sahib Dəmir oğlu Əliyev mübahisə zəminində sol döş qəfəsindən bıçaq zərbəsi alıb və daha sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.