Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədağa Qurbanov və Bəturə Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, B. Qasımova 6 il müddətində azadlıqdan məhrum edilib və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. B. Qasımova məhkəmə zalında həbs edilib.

M. Qurbanova isə şərti cəza verilib.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayon sakini Gülnaz Abdullayeva Bəturə Qasımovaya və onun atası Məmmədağa Qurbanova iş qurmaq adıyla 67 min 500 dollar verməsi, lakin heç bir iş görülmədiyinə görə pulunun qaytarılması barədə polisə şikayət ərizəsi yazıb. Eyni zamanda Nəsimi rayon sakini Namiq Axundov B. Qasımova tərəfindən aldadıldığını, sonuncuya 24 min manat dəyərində nisyə qızıl-zinət əşyaları verdiyini, amma pulunun ödənməməsi ilə bağlı polisə müraciət edib.
Bundan sonra B.Qasımova və M.Qurbanova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barələrində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.