Argentina milli komandasının və İspaniyanın "Barselona klubunun futbolçusu Lionel Messi dördulduzlu otel alıb. 

Unikal.org-un "Reporta istinadən verdiyi məlumata görə, dəyəri 30 milyon avro təşkil edən mehmanxana Kataloniyanın paytaxtından 40 km məsafədə olan Sitjes bələdiyyəsində yerləşir.

2013-cü ildə inşa edilən oteldə 77 nömrə var. Bar, hovuz və spa mərkəzi ilə təhciz edilən mehmanxanada gecələməyin qiyməti 250 - 300 avro aralığındadır.

Qeyd edək ki, Lionel Messi "Forbes" jurnalının 2017-ci il üçün açıqladığı dünyanın ən yüksək ödənişli futbolçularının siyahısında 2-ci yerdə qərarlaşıb. Argentinalı forvard ildə 80 milyon dollar qazanır. Bunun 53 milyon dolları klubunda əmək haqqı və bonuslardandır. İlk sırada isə gəlirləri 93 milyon dollar təşkil edən portuqaliyalı Kriştianu Ronaldudur.