Bakıda gənclər əsgərlərimizə ruh yüksəkliyi vermək məqsədiylə avtomobil yürüşü keçiriblər.

Unikal.org oxu.az-a istinadən bildirir ki, yürüşdə 100-ə yaxın avtomobil iştirak edib.

Aksiya iştirakçıları Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində şəhid olan hərbi qulluqçuların xatirəsini yad ediblər.

Aksiyada "Qarabağ bizimdir!", "Əsgər irəli!", "Şəhidlər ölməz, vətən bölünməz!" şüarları səsləndirilib.