DÇ-2018-in seçmə mərhələsində 6-cı turun oyunları keçirilib.

Unikal.org-un məlumatına görə, milli komandamız da bu gün növbəti matçına çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda Şimali İrlandiya millisini qəbul edib. Belfastdakı görüşdə bu rəqibinə 0:4 hesabı ilə uduzan komandamız bu görüşdə də məğlub olub - 0:1.

Bu qələbə iləŞimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib. Millimiz isə 7 xalla 4-cü pillədə qalıb.(qol.az)

xxx

Azərbaycan - Şimali İrlandiya oyunun ilk hissəsi qolsuz başa çatdı
xxx

Bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilir/


Unikal.org-un məlumatına görə, Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edir.

Qarşılaşma hər iki komanda üçün böyük önəm kəsb edir. Britaniya təmsilçisi Belfastda yığmamız üzərində qələbə qazanaraq, ələ keçirdiyi qrup ikinciliyini möhkəmləndirməyi hədəfləyir. Ancaq Robert Prosineçkinin yetirmələrinin də yarışdan qopub-qopmamağı bu matçın nəticəsindən asılıdı. Komandamız doğma publika önündə qalib gələrək, həm Belfastdakı böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq, həm də ikincilik şansını yenidən artırmaq arzusundadı.