"Benfika"nın müdafiəçisi Viktor Lindelöf karyerasını Premyer Liqada davam etdirəcək.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" rəsmi saytında 22 yaşlı futbolçunnu transferini həll etdiyi barədə məlumat yayıb. İndi isveçli müdafiəçi tibbi müayinədən keçib İngiltərədə oynamaq üçün iş icazəsi almalıdır. Lindelöf "qırmızı şeytanlar"a 30 milyon funta başa gələcək.