"Qarabağ rəsmi saytı vastiəsilə məlumat yayıb.

Unikal.org xəbər verir ki, bu, klubun loqosunun dəyişdirilməsi ilə bağlıdı: "Qarabağ Futbol Klubu (FK) ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı beşə çatdırmışdır.

Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. "Qarabağ FK bu praktikadan yararlanaraq loqomuz üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçmişdir.

Klubumuzun loqosunda digər bir dəyişiklik isə "FK Qarabagh ifadəsinin "Qarabağ FK-yla əvəzlənməsidir Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət etmişdir".